Xəzər Xəbər

Bakıda əcnəbi vətəndaşın pulunu və mobil telefonlarını oğurlayan şəxs tutulub

Hadisə | 16:09 • 19 İyun 2021
Bakıda əcnəbi vətəndaşın pulunu və mobil telefonlarını oğurlayan şəxs tutulub

Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinə iyunun 18-də rayon ərazisindəki hostellərin birindən orada müvəqqəti yaşayan əcnəbi vətəndaşın içərisində 100 manat, 50 avro məbləğində pul, 3 bank kartı olan pulqabısının, 2 mobil telefonunun və qulaqcığının oğurlanması barədə məlumat verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, oğurluq əməlini törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini E.Cambazov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti