Xəzər Xəbər

Saatlıda ata oğlunu baltalayıb, meyiti hində basdırıb - Təfərrüat

Hadisə | 15:57 • 18 İyun 2021
Saatlıda ata oğlunu baltalayıb, meyiti hində basdırıb - Təfərrüat

Saatlı rayonunda oğlunu qətlə yetirməkdə təqsirli bilinən Səməd Qasımovun cinayət işinin təfərrüatı.

Hadisə Saatlı rayonunun Qara Nuru kəndində baş verib. Kənd sakini Səməd Qasımov ailə münaqişəsi zəminində oğlu, əvvəllər məhkum olunmuş Rasim Qasımovu balta ilə qətlə yetirib. Sonra o, R.Qasımovun meyitini həyətindəki yardımçı təsərrüfatda basdırıb.

Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Qasımov tutulmuş, Rasimin meyiti isə eksqumasiya edilmişdir.

İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Səməd Qasımov ifadəsində oğlu Rasimin hadisədən 1 ay əvvəl cəzaçəkmə müəssəsindən həbsdən qayıtdığını, işsiz olduğunu, evə çox vaxt içkili vəziyyətdə gəldiyini və ailə üzvlərinin ondan bezdiyini bildirib. O, evlərində hər gün mübahisə edərək hamını söyüşlərlə təhqir edib. Evə kömək etmək əvəzinə anası və bacısının qızıllarını satıb. 

Səməd Qasımov bildirib ki, oğlu Rasim evi həbsxana qanunları ilə idarə edib. 

Hadisə baş verən günü Səməd Qasımov səhər evdən çıxıb geri qayıdan zaman arvadı Şahnazın ağladığını görüb:
"Evə qayıdandan gördüm Şahaz ağlıyır. Soruşdum nolub?. Dedi Rasim məni və qızı döyüb incidir. Üzümü Rasimə tutub dedim ki, ay oğul bunları niyə incidirsən, bizdən nə istəyirsən?. Başladı mənidə söyüş söyərək təhqir eləməyə. Dedim artıq bəsdi bununla bu gecə hesablaşacam".

Axşam saat 11:00 radələrində Rasim evin 1-ci mərtəbəsində olan otaqda yatmağa getdikdən sonra Səməd Qasımov arvadını və qızını qonşularının evinə göndərib gecə orada qalmalarını tapşırıb. Saat 3:00 radələrində həyətə düşüb baltanı götürüb və otağa qayıdaraq çarpayıya yaxınlaşıb:
"Gəldim otağa girdim gördüm yatmayıb. Dedim tövbə elə belə şeylər eləmə. Gəl birlikdə şirin çörəyimizə yeyək. Başladı məni yenidən söyüb təhqir eləməyə. Artıq səbrim qalmamışdı. Əlimdəki balta ilə bir dənə başından zərbə vurdum yıxıldı yerə. Bir dənə də yerdə vurdum".   

Səməd Qasımov daha sonra meyiti qonşu oqatdan gətirdiyi palaza bükərək sürüyüb aynabəndə çıxarıb. Yoruldugundan atı gətirərək Rasimin ayaqlarından atın qoşqusuna bağlayıb və sürüyərək hinin yanına aparıb. Meyiti orada qazdığı yerə salıb üstünü torpaqla örtüb sonra isə otağa qayıdaraq yerdə olan qan izlərini silib. 

Hadisədən 2 gün sonra ailə üzvləri Rasimlə maraqlandıqda Səməd Qasımov onun məhbus yoldaşı ilə Rusiyaya getdiyini deyib. Heç kim heç nədən şübhələnməyib. Bir müddət sonda Səməd oğlu Rasimi öldürdüyünü arvadına və digər oğlu Həsənə deyib. Oğlu hinə baxıb yerin qazıldığını görəndən sonra hadisə barədə polisə məlumat verib. 

Səməd Qasımov məhkəmədə elan edilmiş ittiham üzrə təqsirli bilib və istintaqda verdiyi ifadəsini təsdiq edib. 

Sonda məhkəmənin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Ölkə.Az

Xəbər lenti