Xəzər Xəbər

Qadın əri, qaynı və qaynanası tərəfindən döyüldü - İşə polis qarışdı

Hadisə | 15:38 • 18 İyun 2021
Qadın əri, qaynı və qaynanası tərəfindən döyüldü - İşə polis qarışdı

Gəncə şəhərinin Gülüstan qəsəbəsində 24 yaşlı Həsənzadə Züleyxa Çərkəz qızının döyülməsi faktı nəzarətə götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

"Gəncə şəhər sakini Həsənzadə Züleyxa Çərkəz qızının əri Bayraməli Həsənzadə, qaynı Turqay Həsənzadə və qayınanası Cəmilə Həsənzadə tərəfindən döyülməsi ilə bağlı məlumat daxil olub.

Faktla bağlı araşdırmalar aparılıb. Hər iki tərəfin izahatları alınaraq müvafiq ekspertiza təyin olunub.

Ekspertizanın rəyindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”./baku.ws

Xəbər lenti