Xəzər Xəbər

Müəllim məhkəmə qarşısında arvadının başını niyə kəsdi? - ŞOK TƏFƏRRÜAT YENİLƏNDİ

Hadisə | 16:58 • 18 İyun 2021
Müəllim məhkəmə qarşısında arvadının başını niyə kəsdi? - ŞOK TƏFƏRRÜAT

Tərtər rayonunda baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.

XəzərXəbər Trend-ə istinadən xəbər verir ki, qətl qısqanclıq zəminində baş verib. Hadisəni törədən rayon sakini Anar Əliyev Şəki rayon Sarıca kəndində müəllim işləyir.

A.Əliyev həyat yoldaşının ona xəyanət etdiyini əsas gətirərək ondan boşanmaq qərarı verib və bununla bağlı məhkəməyə müraciət edib.

Bu gün keçirilən məhkəmə prosesindən sonra Anar Əliyev həyat yoldaşı Arzu Abbasova ilə mübahisə edib. Mübahisə zamanı A.Əliyev üzərində gəzdirdiyi bıçaqla Arzu Abbasovaya 2-3 zərbə vurub.

Daha sonra o, məhkəmə binasının qarşısında qadının boğazını kəsib. Yaxınlıqdakı şəxslər A.Əliyevi saxlayaraq hüquq-mühafizə orqanlarına məlumat verib.

Cütlüyün birgə nikahdan 3 övladı var.

Anar Əliyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. O, şübhəli şəxs qismində istintaqa təhvil verilib.

***

Tərtər Rayon Məhkəməsinin qarşısında baş verən qəlt hadisəsinin bəzi təfərrüatı məlum olub.

XəzərXəbər “report”a istinadən xəbər verir ki, öldürülən 1995-ci il təvəllüdlü Arzu Abbasova əslən Samux rayonundandır.

O, 2014-cü ildə qohumu - Tərtər rayon sakini, 1987-ci il təvəllüdlü Anar Əliyevlə evlənib və bu rayonda birgə yaşayıblar.

Daha sonra qadın boşanmaq üçün məhkəməyə müraciət edib. Tərtər Rayon Məhkəməsində bu gün boşanma iddiası üzrə növbəti məhkəmə iclası keçirilib. İclasdan sonra Anar Əliyevlə həyat yoldaşı Arzu Abbasova ilə mübahisə edib.

Məlumata görə, Anar Əliyev arvadından boşanmaq istəmirmiş.

Mübahisə zamanı Anar Əliyev bıçağa əl atıb və o, bir neçə bıçaq zərbəsi ilə qadını qətlə yetirib.

Anar Əliyev Şəki rayonunun Sarıca qəsəbəsində yerləşən 123 saylı Kəlbəcər rayon orta məkbəbində ibtidai sinif müəllimi işləyir.

O, ötən gün məhkəməyə görə, məktəb direktorunun adına icazə ərizəsi yazaraq, Şəkidən Tərtərə qayıdıb.

Cütlüyün üç azyaşlı oğlan övladı var.

Qeyd edək ki, faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Anar Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti