Xəzər Xəbər

Soyğunçuluq edən Bakı şəhər sakini saxlanılıb

Hadisə | 13:50 • 18 İyun 2021
Soyğunçuluq edən Bakı şəhər sakini saxlanılıb

Abşeron rayonunda vətəndaşın içərisində 270 manat məbləğində pul və sənəd olan çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Əhmədzadə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, həmin şəxs Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti