Xəzər Xəbər

84 yaşlı qoca arvadını çəkiclə öldürdü: Rayonun bütün kişiləri ilə gəzirdi...

Hadisə | 12:56 • 18 İyun 2021
84 yaşlı qoca arvadını çəkiclə öldürdü: Rayonun bütün kişiləri ilə gəzirdi...
84 yaşlı Madrid sakini qısqanclıq zəminində 81 yaşlı arvadını qətlə yetirib.
 
XəzərXəbər APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Moratalas məhəlləsində baş verib.
 
Qonşulardan biri evinin pəncərəsindən kömək istəyən yaşlı qadının qışqırıq səsini eşidərkən polisə zəng edib.
 
Şübhəli şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına qapını açıb və həyat yoldaşına çəkiclə zərbələr endirdiyini etiraf edib.
 
Polislər mənzildə qadının yaralı vəziyyətdə yerdə uzandığını və onun yaxınlığında çəkic olduğunu aşkar ediblər. Qadın xəstəxanaya aparılsa da, aldığı zərbələrdən dünyasını dəyişib.
 
Cinayəti törədən ər polisə ifadəsində bildirib ki, yoldaşı rayonun bütün kişiləri ilə gəzirdi. O, əməlindən peşmanlıq çəkmədiyini deyərək, yoldaşının belə ölümə layiq olduğunu deyib.
 
Qeyd edək ki, cütlük 40 ildən çoxdur ki, evli idi.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti