Xəzər Xəbər

Biri əlini yuyarkən, digəri isə büdrəyib çaya düşdü: AZYAŞLILARIN FACİƏLİ ÖLÜMÜ

Hadisə | 12:30 • 15 İyun 2021
Biri əlini yuyarkən, digəri isə büdrəyib çaya düşdü: AZYAŞLILARIN FACİƏLİ ÖLÜMÜ

Rusiyada 2 azyaşlı su anbarında boğularaq ölüb.

Rusiya KİV xəbər verir ki, hadisə Altay Respublikasında baş verib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, 9 yaşlı Voronej sakini Çemal çayında boğulub. Azyaşlı qız anası ilə birgə olub, əllərini yumaq istəyərkən çaya düşüb. Onun cəsədi Çemal Su Elektrik stansiyasının ərazisində tapılıb.

Digər oxşar hadisə isə respublikanın Turoçak kəndində qeydə alınıb. 7 yaşlı uşaq həmyaşıdları ilə oynayarkən ayağı büdrəyib və su anbarına düşüb. Bu hadisə də faciəli ölümlə nəticələnib./Lent.az

Xəbər lenti