Xəzər Xəbər

Biləsuvar sakini iş yoldaşını qətlə yetirdi YENİLƏNDİ

Hadisə | 12:45 • 12 İyun 2021
Biləsuvar sakini iş yoldaşını qətlə yetirdi

İyunun 12-də saat 07 radələrində Biləsuvar rayon sakinləri Nurlan Rüstəmovun bıçaqlanaraq xəsarət alması, Sadiq Abıyevin isə bıçaqlanması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Biləsuvar rayon sakini Məhəmməd Fərəcli qeyd edilən tarixdə “Qazel” markalı avtomaşınla rayonun Ağayrı kəndində yerləşən pambıq sahəsinə işləməyə gedərkən onunla birlikdə həmin avtomaşında olan Nurlan Rüstəmov və Sadiq Abıyev ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonunculara xəsarət yetirib, nəticədə Sadiq Abıyev almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məhəmməd Fərəcli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

***

Biləsuvar rayonunda qətl hadisəsi baş verib.

Hadisə rayonun Ağayrı kəndində qeydə alınıb.

Belə ki, Biləsuvar şəhər sakini, 1998-ci il təvəllüdlü Fərəcli Məhəmməd Füzuli oğlu və rayonun Ağayrı kənd sakini, 2004-ci il təvəllüdlü Abıyev Sadiq Namiq oğlu arasında münaqişə baş verib. Nəticədə sonuncu bıçaqla qətlə yetirilib.

Onların iş yoldaşları olduğu bildirilir.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi açılıb./report

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti