Bakı 29 ℃
Xəzər Xəbər
USD 1.7

FHN partlayışla bağlı məlumat yaydı

FHN Gəncədə yaşayış binasında baş verən partlayışla bağlı məlumat yayıb
Hadisə | 12:15 • 12 İyun 2021
FHN partlayışla bağlı məlumat yaydı

Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 40 m2 olan birotaqlı mənzildə yanğınla nəticələnən partlayış (ilkin ehtimala görə qaz sızması səbəbindən) baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın nəticəsində mənzilin yanar konstruksiyaları və ümumi sahəsi 70 m2 olan ikiotaqlı qonşu mənzilin yanar konstruksiyaları 60 m2 sahədə yanıb.

Partlayışın zərbəsindən hər iki mənzilin divarları (arakəsmə divarlar) dağılıb, qapı və pəncərə çərçivəsi yerindən çıxıb. Digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb, 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Çox oxunanlar