Xəzər Xəbər

Azyaşlının üstünə qaynar çaydan aşdı - Daha bir valideyn ehtiyatsızlığı

Hadisə | 09:13 • 12 İyun 2021
Azyaşlının üstünə qaynar çaydan aşdı - Daha bir valideyn ehtiyatsızlığı

Hacıqabul rayonunda azyaşlı ehtiyatsızlıqdan ağır yanıq xəsarətləri alıb.

Hadisə Hacıqabul şəhəri, Savalan küçəsi 10-da qeydə alınıb.

Həmin ünvanda yaşayan, 2019-cu il təvəllüdlü Əmirli Səid Seymur oğlu valideynlərinin nəzarətindən yayınaraq qaynar çaydanı üstünə aşırıb.

Nəticədə uşaq müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Azyaşlı Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./Report

Xəbər lenti