Bakı 23 ℃
Xəzər Xəbər
USD 1.7

Azərbaycanda dəhşətli qətl - Oğul atasını baltalayıb öldürdü

Hadisə | 149 | 09:50 • 10 İyun 2021
Azərbaycanda dəhşətli qətl - Oğul atasını baltalayıb öldürdü

İyunun 9-da Quba rayonu, Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Quba rayon Prokurorluğundan XəzərXəbər-ə verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı balta ilə Sadıq Ramazanovun sinə və baş nahiyəsinə xəsarətlər yetirərək qəsdən öldürüb.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rəvan Ramazanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq davam edir.

Xəbər lenti

Çox oxunanlar