Xəzər Xəbər

Bu ilin birinci rübündə yol qəzalarında 125 nəfər həyatını itirib

Hadisə | 11:58 • 17 May 2021
Bu ilin birinci rübündə yol qəzalarında 125 nəfər həyatını itirib

Bu ilin birinci rübündə respublika ərazisində 376 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 125 nəfər həyatını itirib və 370 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Xezerxeber.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev deyib.

Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqatyisədə hadisələrin sayı 45 fakt,  xəsarət alanların sayı 8 fakt, həlak olanların sayı isə 56 nəfər azalıb.

Bu ilin birinci rübündə Bakı şəhəriində isə 103 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 28 nəfər həlak olub.

 

Xəbər lenti