Xəzər Xəbər

DİN Bakıda qadının fiziki təzyiqə məruz qalması ilə bağlı yayılan görüntüyə münasibət bildirdi

Hadisə | 18:57 • 16 May 2021
DİN Bakıda qadının fiziki təzyiqə məruz qalması ilə bağlı yayılan görüntüyə münasibət bildirdi

Sosial şəbəkələrdə qadının fiziki təzyiqə məruz qalması ilə bağlı yayılan görüntülərdə əks olunan şəxslər məlumdur.

DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev yayılan görüntülərlə bağlı bildirib ki, fakt mayın 16-da, Nəsimi rayonu, Cavadxan küçəsində qeydə alınıb.

Araşdırmalarla müəyyən olunub ki, “Volksvagen” markalı avtomobilin sürücüsü əvvəllər tanıdığı 32 yaşlı qadınla avtomobildə mübahisə edib. Avtomobildən uzaqlaşamağa çalışan qadını sürücü yenidən avtomobilə qaytararaq, mübahisəni davam etdirib. Hər iki şəxs keçirilən müvafiq tədbirlərlə müəyyən olunaraq, Nəsimi RPİ 19-cu Polis Şöbəsinə dəvət ediliblər. Hazırda Nəsimi Rayon Polis İdarəsinin təhqiqat şöbəsində araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcəkdir.

Xəbər lenti