Xəzər Xəbər

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb

Hadisə | 13:26 • 16 May 2021
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi (DİN) mayın 15-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 21 cinayətin üstünü “isti izlər”lə açıblar.

Əvvəlki dövrlərdən bağlı qalmış iki cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 10 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş bir yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyənləşdirib.

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

Xəbər lenti