Xəzər Xəbər

FHN: ötən sutka ərzində üç nəfər xilas olunub, bir nəfər yanıq xəsarəti alıb

Hadisə | 10:27 • 13 May 2021
FHN: ötən sutka ərzində üç nəfər xilas olunub, bir nəfər yanıq xəsarəti alıb

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 18 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində üç nəfər xilas olunub, bir nəfər yanıq xəsarəti alıb.

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Xəbər lenti