Bakı 27 ℃
Xəzər Xəbər
USD 1.7

Gədəbəydə iki mülki şəxs MİNAYA DÜŞDÜ

Hadisə | 388 | 18:30 • 12 May 2021
Gədəbəydə iki mülki şəxs MİNAYA DÜŞDÜ

Bu gün saat 17 radələrində 2 mülki şəxsin Gədəbəy rayonunun Ermənistanla sərhəd olan ərazisində minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə XəzərXəbər-ə Gədəbəy Rayon Prokurorluğundan bildirilib.er

Aparılmış araşdırmalarla Gədəbəy rayon sakinləri - 1995-ci il təvəllüdlü Kamran Namazov və 1994-cü il təvəllüdlü Səddam Nəsibovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşmələri nəticəsində Kamran Namazovun ağır dərəcəli, Səddam Nəsibovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar