Xəzər Xəbər

Günün yoluxma statistikası açıqlandı

Azərbaycanda daha 558 nəfər COVID-19-a yoluxub, 13 nəfər vəfat edib
Hadisə | 17:41 • 12 May 2021
Günün yoluxma statistikası açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 558 yeni yoluxma faktı qeydə alınıb, 1454 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan XəzərXəbər-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 328 159 nəfər koronavirusa yoluxub. Onlardan 309 771 nəfər müalicə olunaraq sağalıb, 4 726 nəfər vəfat edib, aktiv xəstə sayı 13 612 nəfərdir.

Azərbaycanda son gün ərzində 7 155, hazırkı dövrədək isə 3 353 167 test aparılıb.

Xəbər lenti