Xəzər Xəbər

Xəzərin sahilində 150-dən çox ölü suiti tapıldı

Hadisə | 11:43 • 6 May 2021
Xəzərin sahilində 150-dən çox ölü suiti tapıldı

Xəzər dənizi sahilində, Mahaçqla şəhəri yaxınlığında 150-dən çox nadir suiti ölüsü aşkar edilib.

Ölü heyvanlar son iki gün ərzində müşahidə edilib.

Mütəxəssislər ölü suiti sayının 200-ə çata biləcəyini ehtimal edir. Hadisə ilə bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, Xəzər suitisi Xəzər dənizində yaşayan yeganə məməli növdür. Bu heyvanlar 2008-ci ildən etibarən nəsli kəsilməkdə olan heyvan statusu ilə "Qırmızı kitab"a salınıb./trend

Xəbər lenti