Xəzər Xəbər

Azərbaycanda 15 yaşlı qıza təcavüz etdilər: Hamilə qalıb

Hadisə | 15:42 • 5 May 2021
Azərbaycanda 15 yaşlı qıza təcavüz etdilər: Hamilə qalıb

Füzuli rayonunda 15 yaşlı qızın zorlanmasında şübhəli bilinən şəxs həbs edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təqsirləndirilən şəxs barəsində Füzuli Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib:

“Hazırda faktla bağlı Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır”.

Qeyd edək ki, sosial şəbəkələrdə 15 yaşlı qızın zorlanaraq hamilə qalması barədə məlumatlar yayılıb.

Anası onun təcavüzə uğradığını deyib. Hadisə Beyləqanın kəndlərindən birində baş verib. 

Yeniyetmənin anası iddia edib ki, qızına kənddəki qonşusu, 38 yaşlı kişi təcavüz edib.

Xəbər lenti