Xəzər Xəbər

Lənkəranda qadının doğuşdan sonra ölməsi ilə bağlı rəsmi açıqlama

Hadisə | 10:50 • 4 May 2021
Lənkəranda qadının doğuşdan sonra ölməsi ilə bağlı rəsmi açıqlama

Mayın 3-də saat 21 radələrində Lənkəran rayonunun Soru kənd sakini Xangəldiyeva Rəqsanə Səmid qızının ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə XəzərXəbər-ə Lənkəran Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aparılan araşdırmalarla Rəqsanə Xangəldiyevanın mayın 2-də 39 həftəlik hamiləlik, dölün köndələn gəlişi, I cərrahi doğuş diaqnozu ilə daxil olduğu Lənkəran Rayon Mərkəzi Xəstəxananın Perinatal mərkəzində qeysəriyyə əməliyyatı nəticəsində uşağın doğulması, ertəsi gün ananın vəziyyətinin pisləşməsi və saat 21 radələrində ölməsi müəyyən edilib.

Hazırda fakt üzrə Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti