Xəzər Xəbər

Bakıda yaşayış binasında yanğın olub, 12 nəfər təxliyə edilib

Hadisə | 09:29 • 29 Aprel 2021
Bakıda yaşayış binasında yanğın olub, 12 nəfər təxliyə edilib

Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.

Xezerxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, beşmərtəbəli yaşayış binasının zirzəmisində məişət tullantıları 5 m² sahədə və elektrik kabeli 3,5 p.m yanıb. Yanğın zamanı 5-i azyaşlı olmaqla 12 nəfər bina sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti