Bakı 26 ℃
Xəzər Xəbər
USD 1.7

İsmayıllıda qayda pozan sürücülər cərimələndi

Hadisə | 93 | 15:50 • 19 Aprel 2021
İsmayıllıda qayda pozan sürücülər cərimələndi

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları dayanma-durma qaydalarını pozan nəqliyyat vasitələrinin sürücülərini müəyyən etmək məqsədilə reyd keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daha çox şəhərin mərkəzi küçə və prospektlərində keçirilən reyd zamanı parklanma qaydalarını pozan, piyada səkilərini zəbt edən sürücülər yol polisi əməkdaşları tərəfindən aşkarlanıb ki, onlarla bir daha maarifləndirici söhbətlər aparılıb.

Ümumilikdə cari ay ərzində İsmayıllıda yol polisi əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı dayanma-durma qaydalarını pozduqları üçün 70-ə yaxın avtomobil sahibi barəsində inzibati protokol tərtib olunub.

Çox oxunanlar

XƏBƏRDARLIQ: 3 gün qaldı
387 | 10:27 • 12 May 2021
Bir həftə iş olmayacaq
956 | 17:16 • 19 Aprel 2021