Xəzər Xəbər

Bakıda evdən 80 min dollarlıq qızıl külçələr oğurlanıb foto

Hadisə | 12:54 • 17 Aprel 2021
Bakıda evdən 80 min dollarlıq qızıl külçələr oğurlanıb

Paytaxtın Səbail rayonunda mənzillərdən birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən xezerxeber.az-aə verilən məlumata görə, ev sahibi polisə müraciət edərək bildirib ki, naməlum şəxs mənzildən ümümi dəyəri 80 min ABŞ dolları olan qızıl külçələr oğurlayıb. Səbail Rayon Polis İdarəsi və 8-ci Polis Bölməsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Ceyhun Məmmədov saxlanılıb.

O, ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib. Polis əməkdaşları tərəfindən C.Məmmədovdan həmin külçələr aşkar olunaraq maddi sübut kimi götürülüb.

Qeyd edilən faktlaa bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (Oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti