Xəzər Xəbər

Azərbaycan Ordusunun minaya düşən hərbçisi şəhid oldu

Hadisə | 12:05 • 16 Aprel 2021
Azərbaycan Ordusunun minaya düşən hərbçisi şəhid oldu

Azərbaycan Ordusunun hərbçisi şəhid olub.

Müdafiə Nazirliyindən bildirilib ki, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı partlayış nəticəsində yaralanmış hərbçi vəfat edib.

Suqovuşan yaşayış məntəqəsi istiqamətində, azad edilmiş ərazilərdə, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı aprelin 3-də mina partlaması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Bayramov İlkin Bayram oğlu həkimlərimizin səyinə baxmayaraq, bu gün səhər saatlarında vəfat edib. 

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Xəbər lenti