Bakı 25 ℃
Xəzər Xəbər
USD 1.7

Evini tərk edən daha 8 koronavirus xəstəsi aşkarlandı, 3 nəfərə cinayət işi açıldı

Hadisə | 84 | 10:00 • 13 Aprel 2021
Evini tərk edən daha 8 koronavirus xəstəsi aşkarlandı, 3 nəfərə cinayət işi açıldı

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 12-də respublika ərazisində 8 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 3 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik.

Çox oxunanlar

XƏBƏRDARLIQ: 3 gün qaldı
376 | 10:27 • 12 May 2021
Bir həftə iş olmayacaq
946 | 17:16 • 19 Aprel 2021