Xəzər Xəbər

Bakıda əməliyyat - Binaya atəş açan şəxs tutuldu

Hadisə | 19:13 • 12 Aprel 2021
Bakıda əməliyyat - Binaya atəş açan şəxs tutuldu

Yasamal rayon sakini olan bir nəfər şəxs Daxili İşlər Nazirliyinin (DİN) “102” Zəng Mərkəzi Xidmətinə müraciət edərək bildirib ki, əvvəldən tanıdığı bir nəfər yaşadığı evə gələrək ona və ailə üzvlərinə doğru odlu silahdan atəş açıb.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, atəş açan şəxs əvvəllər məhkum olunmuş paytaxt sakini Etibar Əlizadədir.

Yasamal Rayon Polis İdarəsinin və 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən E.Əlizadə qısa zamanda saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış zamanı hadisədə istifadə etdiyi 1 ədəd “JK-9” markalı odlu silah, həmin silaha məxsus 7 ədəd patron və 1 ədəd idman tapançası aşkar olunaraq götürülüb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Kəlbəcərdə yük maşını aşıb
Kəlbəcərdə yük maşını aşıb ölən var
15:26 • 17 Mart 2024
Xəzər dənizində
Xəzər dənizində ZƏLZƏLƏ
19:12 • 15 Mart 2024
Bakıda iki nəfər tonqala düşüb
Bakıda iki nəfər tonqala düşüb
11:33 • 13 Mart 2024
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb FİLM KİMİ CİNAYƏT
09:35 • 13 Mart 2024
Polis əməkdaşları həlak olublar
Polis əməkdaşları həlak olublar
06:43 • 13 Mart 2024
Balakəndə bacısını bıçaqlayan şəxs
Balakəndə bacısını bıçaqlayan şəxs SAXLANILDI
09:40 • 12 Mart 2024

Xəbər lenti