Bakı 26 ℃
Xəzər Xəbər
USD 1.7

Yoluxanların sayı yenə 2 mini keçdi – 33 nəfər isə öldü

Azərbaycanda son sutkada 2192 nəfər COVID-19-a yoluxub, 33 nəfər vəfat edib
Hadisə | 226 | 16:34 • 10 Aprel 2021
Yoluxanların sayı yenə 2 mini keçdi – 33 nəfər isə öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2192 yeni yoluxma faktı qeydə alınıb, 1554 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan XəzərXəbər-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 283 579 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 249013 nəfər müalicə olunaraq sağalıb, 3879 nəfər vəfat edib, aktiv xəstə sayı 30 687 nəfərdir.

Ölkədə son sutka ərzində 14 912, hazırkı dövrədək isə 3005197 test aparılıb.

Çox oxunanlar

XƏBƏRDARLIQ: 3 gün qaldı
386 | 10:27 • 12 May 2021
Bir həftə iş olmayacaq
956 | 17:16 • 19 Aprel 2021