Xəzər Xəbər

Sumqayıtda quldurluq edən şəxslər tutulub

Hadisə | 14:26 • 8 Aprel 2021
Sumqayıtda quldurluq edən şəxslər tutulub

Sumqayıt şəhərində quldurluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsinə müraciət edən Kimyaçılar qəsəbə sakini A.Əsgərov aprelin 7-də qəsəbə ərazisində 2 nəfərin onu döyüb mobil telefonunu aldıqlarını bildirib.

Quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Qasımov və A.Səlimli polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.

Faktla bağlı şəhər polis idarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti