Xəzər Xəbər

Yoluxanların sayı 2500-ü keçdi – 37 nəfər isə öldü

Azərbaycanda 2 595 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər ölüb
Hadisə | 14:41 • 7 Aprel 2021
Yoluxanların sayı 2500-ü keçdi – 37 nəfər isə öldü

Azərbaycanda koronavirus infeksiyasına 2 595 yeni yoluxma faktı qeydə alınıb, 1 073 nəfər müalicə olunaraq sağalıb.

XəzərXəbər xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Analiz nümunələri müsbət çıxan 37 nəfər vəfat edib.

Ölkədə son sutka ərzində 14 593, hazırkı dövrədək isə 2 963 012 test aparılıb.

Azərbaycanda indiyədək ümumilikdə 276 464 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 244 540 nəfər müalicə olunaraq sağalıb, 3 780 nəfər vəfat edib, aktiv xəstə sayı 28 144 nəfərdir.

Xəbər lenti