Xəzər Xəbər

Daha bir koronavirus xəstəsi saxlanıldı

Hadisə | 11:37 • 7 Aprel 2021
Daha bir koronavirus xəstəsi saxlanıldı

Qəbələ Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət tədbirləri zamanı aktiv koronavirus xəstəsinin yaşadığı ünvanı tərk etdiyi və digər vətəndaşlarla ünsiyyətdə olduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Corlu kənd sakini Sübhan Mahmudovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün evdə müalicə almasına baxmayaraq, həmin şəxs Mirzəbəyli kəndi ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və yaşadığı ünvana geri qaytarılıb.

S.Mahmudov barəsində Qəbələ RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Xəbər lenti