Xəzər Xəbər

Bakıda gecə saatlarında dəhşət: Ölən var

Hadisə | 10:25 • 7 Aprel 2021
Bakıda gecə saatlarında dəhşət: Ölən var

Bakının Sabunçu rayonunda qəza nəticəsində bir nəfər ölüb.

XəzərXəbər APA-ya istinadən bildirir ki, hadisə Binə qəsəbəsində baş verib.

"Daewoo" markalı nəqliyyat vasitəsini idarə edən 1986-cı il təvəllüdlü Əliyev Əziməmməd Məzahir oğlu sükana nəzarəti itirib. Avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. 

Sürücü ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, Ə.Əliyev dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti