Xəzər Xəbər

Bakıda telefonla oynamaq faciəyə səbəb oldu: 2 ölü, 12 yaralı

Hadisə | 15:04 • 6 Aprel 2021
Bakıda telefonla oynamaq faciəyə səbəb oldu: 2 ölü, 12 yaralı

2019-cu ilin 5 avqust tarixində Bakı şəhər Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində İ.Əsgərovun idarə etdiyi “Mercedes” və Natiq Həşimovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşması nəticəsində çoxsaylı ölən və yaralananların olması ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində hər 2 sürücü barəsində Cinayət Məcəlləsinin 263.3-cü (ol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – 2 və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi əsasında ittihamedici hökm çıxarılıb.

Belə ki, İ.Əsgərov barəsində 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Hadisənin əsas səbəbkarı olan “Nissan” markalı taksinin sürücüsü Natiq Həşimov barəsində isə, 4 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib və o, məhkəmə zalındaca həbs edilib. N.Həşimov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəində çəkəcək.

Qeyd edək ki, hadisə nəticəsində “Nissan”da olan sərnişinlərdən Quba rayon sakinləri Əjdər Xudaverdiyev və onun 13 yaşlı bacısı oğlu Əli Musayev ölüb. Hər 2 maşında olan daha 12 sərnişin isə xəstəxanaya yerləşdirilib. Onlardan 9-u uşaq olub. “Nissan”da olan və hadisə zamanı xəsarət alan mərhum Əjdər Xudaverdiyevin həyat yoldaşı bildirib ki, hadisədən əvvəl yoldaşı taksi sürücüsünə telefonla oynanamamasını, yola baxmasını bildirərək irad tutub. Lakin sürücü Natiq Həşimov telefonla məşğul olmağa davam edib./publika.az

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti