Xəzər Xəbər

Bakıda mənzildə kişi meyiti aşkar edilib

Hadisə | 20:51 • 3 Aprel 2021
Bakıda mənzildə kişi meyiti aşkar edilib

Bakıda qapısı bağlı qalmış mənzildə kişi meyiti aşkar edilib.

Xezerxeber.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1969-cu il təvəllüdlü Məmmədov Əfqan Qazəhməd oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti