Xəzər Xəbər

Cinayət törətməkdə şübhəli bilinən 82 nəfər saxlanılıb

Hadisə | 11:33 • 8 Mart 2021
Cinayət törətməkdə şübhəli bilinən 82 nəfər saxlanılıb

Mart ayının 6-dan 8-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən, 2 gün ərzində törədilmiş 68 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 47 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 47, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 82 nəfər saxlanılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti