Xəzər Xəbər

Xızıda ötən ildən bağlı qalan oğurluq hadisəsinin üstü açılıb foto

Hadisə | 10:42 • 8 Mart 2021
Xızıda ötən ildən bağlı qalan oğurluq hadisəsinin üstü açılıb

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ildən bağlı qalan oğurluq hadisəsinin üstü açılıb.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, ötən ilin avqust ayının 20-də naməlum şəraitdə tikinti şirkətlərinin birinə məxsus dəmir torların oğurlanması barədə Xızı RPŞ-yə məlumat daxil olub.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni Sumqayıt şəhər sakini Ceyhun Sadıqov tərəfindən törədildiyi müəyyən edilib və həmin şəxs saxlanılaraq istintaqa təqdim olunub.

Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxsin oğurluq yolu ilə əldə etdiyi dəmir torların bir qisminin yeri müəyyən edilib və şöbə əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

C.Sadıqov dindirilmə zamanı törətdiyi oğurluq hadisəsini etiraf edib. Onun barəsində Xızı RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkarlanıb
Masazırda narkoanbar kimi istifadə olunan ev aşkarlanıb həbs edilənlər var
15:42 • 16 Aprel 2024
Masazırda evdən külli miqdarda
Masazırda evdən külli miqdarda OĞURLUQ
10:47 • 16 Aprel 2024
İmişlidə iki nəfəri elektrik cərəyanı vuraraq
İmişlidə iki nəfəri elektrik cərəyanı vuraraq ÖLDÜRDÜ
16:20 • 14 Aprel 2024
Gəncədə yanğın
Gəncədə yanğın ÖLƏN VAR
13:04 • 13 Aprel 2024
Ağdamda mina partlayışı
Ağdamda mina partlayışı YARALANANLAR VAR
15:27 • 12 Aprel 2024
Şəkidə 89 yaşlı piyadanı avtomobil vuraraq
Şəkidə 89 yaşlı piyadanı avtomobil vuraraq ÖLDÜRÜB
08:41 • 12 Aprel 2024

Xəbər lenti