Xəzər Xəbər

Güclü külək təbii qaz təsərrüfatına ziyan vurub

Hadisə | 14:42 • 7 Mart 2021
Güclü külək təbii qaz təsərrüfatına ziyan vurub

Xətai rayonu, Ramiz Quliyev küçəsində ağac qaz xəttinin üzərinə aşıb.

"Azəriqaz"dan xezerxeber.az-a verilən məlumata görə, "Qobu park-1" yaşayış massivində 3 və 4 saylı binaların arasında isə güclü külək diametri 57 mm olan qaz xəttini dirəklərdən yerə salıb.

Bundan başqa, Abşeron rayonu, 28 May qəsəbəsi, dəmir yolunun yanında güclü külək nəticəsində daş hasar diametri 89 mm olan qaz xəttinin üzərinə aşıb. Binə qəsəbəsi və Yeni Binə yaşayış massivini qazla təmin edən qaz xətləri də güclü küləyin təsirindən yararsız hala düşüb. Binəqədi rayonu, 1-ci Mədən, korpus 9 ünvanında aşan daş hasar diametri 25 mm olan qaz xəttini və 2 ədəd sayğacı yararsız hala salıb. Bütün qəza briqadaları iş başındadır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti