Xəzər Xəbər

Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarıldı

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.
Hadisə | 13:18 • 6 Mart 2021
Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarıldı

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Zeynalov saxlanılmışdır.

Şəxsi axtarış zamanı ondan 36 qramdan artıq heroin, 30 qrama yaxın metamfetamin, 47 qramdan artıq marixuana, 10 ədəd metadon həbi, narkotik vasitənin satışından əldə olunmuş 125 manat pul aşkarlanmışdır. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə olaraq 4 kiloqram 702 qramdan artıq heroin, 1 kiloqrama yaxın metamfetamin, 1 kiloqrama yaxın marixuana, 940 qram həşiş, 193 qramdan artıq tiryək, 1 ədəd elektron tərəzi və narkotik vasitələrin satışından əldə olunmuş 24.000 ABŞ dolları götürülmüşdür.

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının digər əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş A.Musayev və Bərdə rayon sakini M.Əliyev paytaxtın Nərimanov rayonu ərazisində saxlanılmışlar. Şəxsi axtarış zamanı M.Əliyevdə 955 qram heroin və 200 qram metamfetamin, A.Musayevdən isə 15 qrama yaxın metamfetamin aşkarlanmışdır. Davam etdirilən tədbirlərlə A.Musayevin yaşadığı evə baxış zamanı oradan 630 qram tiryək və 1 ədəd elektron tərəzi götürülmüşdür.

Cəlilabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Abşeron rayon sakini Q.Əliyevin idarə etdiyi “Nexia” markalı avtomobilə baxış zamanı sərnişini, Bakı şəhər sakini R.Əliyevə məxsus 4 kiloqram 670 qram heroin, 2 kiloqram 870 qram həşiş və 270 qram metamfetamin aşkar edilərək götürülmüşdür.

Biləsuvar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini A.Feyzullayevin idarə etdiyi “Chevrolet” markalı avtomobilə baxış zamanı ona və sərnişini A.Nəsirova məxsus 3 kiloqram 230 qram heroin aşkar edilərək götürülmüşdür.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti