Bakı 14 ℃
Xəzər Xəbər
USD 1.7

Qadına qarşı soyğunçuluq edilib

Hadisə | 237 | 15:04 • 5 Mart 2021
Qadına qarşı soyğunçuluq edilib

Paytaxtda qadına qarşı soyğunçuluq edən şəxs məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, martın 3-də Bakı şəhər sakini N.Mahmudovaya zor tətbiq edib içərisində 220 manat məbləğində pul, bank kartı və mobil telefon olan sellofan paketi soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən paytaxt sakini Q.Manafov Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

Çox oxunanlar