Xəzər Xəbər

Bakıda beş evin su sayğacı oğurlanıb

Hadisə | 14:35 • 5 Mart 2021
Bakıda beş evin su sayğacı oğurlanıb

Nəsimi rayonunda evlərdən su sayğacları oğurlayan şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, martın 2-də və 3-də rayon ərazisindəki beş evin girişlərində quraşdırılmış su sayğaclarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Fətullayev Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti