Xəzər Xəbər

Masallı sakini qayçı ilə qaynına xəsarət yetirdi

Hadisə | 11:25 • 5 Mart 2021
Masallı sakini qayçı ilə qaynına xəsarət yetirdi

Masallıda qohumlar arasında xəsarətlə bitən insident yaşanıb.

XəzərXəbər “report”a istinadən xəbər verir ki, hadisə ötən gecə Masallı şəhərində baş verib.

Nəriman Nərimanov küçəsi ev 76 ünvanında yaşayan 1964-cü il təvəllüdlü Ramiq Babayev təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sağ çiynin ön nahiyəsinin deşilmiş yarası diaqnozu qoyulub. Yaralının dediyinə görə, o, münaqişə zəminində yeznəsi Vüsal (soyadı dəqiqləşdirilir - red.) tərəfindən vurulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti