Xəzər Xəbər

DİN: Şəhərin mərkəzində quzu gəzdirmək olmaz

DİN Bakının mərkəzində quzu gəzdirilməsinə münasibət bildirdi
Hadisə | 11:09 • 3 Mart 2021
DİN: Şəhərin mərkəzində quzu gəzdirmək olmaz

Daxili İşlər Nazirliyi (DİN) Bakının mərkəzində quzu gəzdirilməsinə münasibət bildirib.

DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib ki, quzuya uşaq bezi taxaraq mərkəzi küçələrdə gəzdirən şəxslər ərazidə olan polis əməkdaşları tərəfindən saxlanılıb və Polis Bölməsinə dəvət edilib.

E.Zahidov vurğulayıb ki, həmin şəxslərlə proflaktik söhbət aparılıb və sərbəst buraxılıb:

“Onlara başa salınıb ki, pandemiya dövründə insanların sıx toplaşmağına səbəb olan hərəkətlər yolverilməzdir. Əlbəttə, şəhərin pərkəzində quzu gəzdirmək olmaz”.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə iki nəfərin paytaxtın mərkəzində quzuya uşaq bezi taxaraq gəzdirilməsi ilə bağlı videogürüntülər paylaşılıb. Bildirilib ki, ərazidə olan polis əməkdaşları onları polis bölməsinə aparıb./report

Xəbər lenti