Bakı 17 ℃
Xəzər Xəbər
USD 1.7

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb din

Hadisə | 113 | 11:26 • 26 Fevral 2021
Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 33 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

Çox oxunanlar

Bir həftə iş olmayacaq
308 | 17:16 • 19 Aprel 2021
Qubadlının Yuxarı Mollu kəndi video
1,044 | 11:28 • 24 Mart 2021