Xəzər Xəbər

Məcburi köçkünlərin yataqxanasında baş verən yanğınla bağlı daha bir məlumat

Hadisə | 14:12 • 24 Fevral 2021
Məcburi köçkünlərin yataqxanasında baş verən yanğınla bağlı daha bir məlumat

Fövqəladə Hallar Nazirliyi (FHN) paytaxtda məcburi köçkünlərin məskunlaşdıqları yataqxanada baş verən yanğınla bağlı daha bir məlumat yayıb.

FHN-in mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Bakı şəhərinin Yasamal rayonunda məcburi köçkünlərin məskunlaşdıqları yeddimərtəbəli yataqxana binasının damında ümumi sahəsi 250 kvadratmetr olan yaşayış sahəsinin (artırma tikililər) konstruksiyaları (daş, dəmir, taxta və digər konstruksiyalardan ibarət) 200 kvadratmetr sahədə yanıb.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının sahəsinin genişlənməsinin qarşısı alınıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Xəbər lenti