Xəzər Xəbər

Bakıda avtomobili aşıb, sürücü ölüb

Hadisə | 12:40 • 24 Fevral 2021
Bakıda avtomobili aşıb, sürücü ölüb

Fevralın 23-də saat 20 radələrində Yasamal rayonu ərazisində Kənar Dairəvi yolda Bakı şəhər sakini O.Hacıyev idarə etdiyi “Naz Lifan” markalı avtomobili aşırıb. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti