Xəzər Xəbər

Türkiyədə həbs edilən azərbaycanlı gənc barəsində başlanan istintaq başa çatıb

Hadisə | 09:57 • 23 Fevral 2021
Türkiyədə həbs edilən azərbaycanlı gənc barəsində başlanan istintaq başa çatıb

Sosial mediada "sonun Özgecan kimi olacaq" deyərək bir qadını ölümlə təhdid etdiyi üçün Türkiyədə həbs olunan Azərbaycan vətəndaşı Samir Balakışıyevə qarşı başlanan istintaq başa çatıb.

Xezerxeber.az xəbər verir ki, S.Balakişiyevi "silahla təhdid" ittihamı ilə 2 ildən 5 ilə qədər həbs cəzası tələb olunurur. 

İstanbul Baş Prokurorluğu tərəfindən hazırlanan iddianamədə, şübhəli Samir Balakışıyevin 13 fevral tarixində canlı yayımda sosial media hesabından Hacer K.-nı ölümlə təhdid etdiyi qeyd edilib. "Özgecan Aslan kimi olacaq onun sonu", "O indidən ölmüşdü" deyən şübhəlinin evində axtarış zamanı onun qadını təhdid etdiyi qılınc aşkarlanaraq götürülüb. 

İttiham aktında Samir Balakişiyevin 2 ildən 5 ilə qədər azadlıqdan məhrum edilməsi tələb edilir.

Təqsirləndirilən Samir Balakişiyev yaxın günlərdə İstanbul Cinayət Məhkəməsində mühakimə olunacaq.

Xatırladaq ki, Özgecan Aslan 11 Fevral 2015-ci il tarixində Mersinin Tarsus rayonunda mindiyi mikroavtobus sürücüsü tərəfindən vəhşicəsinə öldürülmüşdü. 

Xəbər lenti