Xəzər Xəbər

Sevil Atakişiyevanın özünü binadan atması ilə bağlı cinayət işi başlanıldı

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Hadisə | 17:49 • 22 Fevral 2021
Sevil Atakişiyevanın özünü binadan atması ilə bağlı cinayət işi başlanıldı

Bakıda 20 yaşlı Sevil Atakişiyevanın intihar etməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, S.Atakişiyevanın fevralın 21-də saat 20 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən yeni inşa edilən binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı üzrə toplanan materiallar əsasında Xətai Rayon Prokurorluğunda Cinayət Məclləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

"Hazırda iş üzrə intensiv istintaq əməliyyat tədbirləri həyata keçirillir", - Baş Prokurorluqdan bildirilib.

Xəbər lenti