Bakı 6 ℃
Xəzər Xəbər
USD 1.7

"Sədərək"də fəhlənin ölməsi ilə bağlı cinayət işi başlanıldı

"Sədərək"də fəhlənin yıxılaraq ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
Hadisə | 107 | 15:49 • 22 Fevral 2021
"Sədərək"də fəhlənin ölməsi ilə bağlı cinayət işi başlanıldı

Fevralın 20-də saat 14 radələrində Qaradağ rayonu ərazisində yerləşən Sədərək Ticarət Mərkəzində fəhlənin təmir-tikinti işləri apararkən aldığı xəsarətlər nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ rayon prokurorluğundan XəzərXəbər-ə verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla müəyyən edilmişdir ki, Sədərək TM-də ikimərtəbəli mağazanın ikinci mərtəbəsində qaynaq işləri aparan zaman 1964-cü il təvəllüdlü Qayim Burcəliyev üzərində dayandığı dəmir pilləkəndən aşması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Çox oxunanlar