Xəzər Xəbər

Sumqayıtda xuliqanlıq edən şəxs saxlanıb

Hadisə | 14:14 • 22 Fevral 2021
Sumqayıtda xuliqanlıq edən şəxs saxlanıb

Sumqayıtda xuliqanlıq edən şəxs məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsinə şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Atakişiyevin bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla Sumqayıt şəhər sakini R.Əbilovun “Beton zavod” adlanan ərazidə xuliqanlıq zəminində Ə.Atakişiyevə bıçaqla xəsarət yetirməsi müəyyən edilib. R.Əbilov əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti