Xəzər Xəbər

Polis 4 rayonda əməliyyat keçirib, saxlanılanlar var

Hadisə | 13:40 • 22 Fevral 2021
Polis 4 rayonda əməliyyat keçirib, saxlanılanlar var

Rayon Polis Şöbələri tərəfindən keçirilən əməliyyatlarda qanunsuz silahlar aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Neftçala RPŞ-nin əməkdaşları tərəfindən Qırmızıkənd kəndi ərazisində qanunsuz ov etdikləri üçün kənd sakinləri B.Sailov və X.Quliyev saxlanılıblar. Araşdırma ilə Onlarda “İJ” markalı ov tüfənglərinin  olduğu müəyyən edilib.

Bundan başqa, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini K.Alıyevdən “TOZ-16” markalı, İsmayıllının Qalınçaq kənd sakini C.Əhmədovdan “İJ-16” markalı, Şəmkir rayonu Əliyaqublu kənd sakini S.Abbasovdan isə müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngləri müəyyən edilərək götürülüb.

Xəbər lenti