Xəzər Xəbər

Əyləncəsi üçün qonşusundan təqaüd kartını oğurlayan tutuldu

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Hadisə | 13:28 • 19 Fevral 2021
Əyləncəsi üçün qonşusundan təqaüd kartını oğurlayan tutuldu

Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Göyəm kənd sakini yaşadığı evdən ona məxsus təqaüd kartının naməlum şəxs tərəfindən oğurlandığını və hesabında olan 1043 manat pulun çıxarıldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinənin zərərçəkmişin qonşusu Vüsal Ramazanov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

Araşdırma zamanı onun ayrı-ayrı vaxtlarda kartın balansında olan pulları çıxararaq öz əyləncəsi üçün xərclədiyi məlum olub.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər lenti